Haqqımızda

Müasir İnnovasiyalar Liseyinin veb səhifəsinə xoş gəlmisiniz.

Məktəbimiz Bakı şəhərinin mərkəzində, Dəmiryol Vağzalının və Səməd Vurğun parkının yaxınlığında yerləşir.

4 mərtəbəli, müasir tipli binamız və 1 hektar sahəyə yaxın ərazimiz vardır.
Futbol, voleybol, basketbol meydançalarımız və yüksək səviyyəli maddi-texniki bazamız vardır.

Məktəbimiz bütün lazım olan sinif otaqları, kompyuter, linqafon otaqları, laboratoriyalar, kabinetlərlə həmçinin bağlı idman zalı, art, rəssamlıq, rəqs, musiqi, yeməkxana, şahmat, stolüstü tenis və s. otaqlar ilə təhciz olunmuşdur.

Liseyimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında (Lisenziya № 085190, 16 sentyabr 2015-ci il, qeydiyyat № 44) fəaliyyət göstərir. Liseyin adi məktəblərdən fərqi odur ki, bu məktəbi bitirən şagirdlərimiz Azərbaycan Respublikasının attestatını alaraq ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququna malik olmaqla yanaşı, dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı da qazanırlar. Belə ki, liseyimizdə təhsil azərbaycan və rus bölmələri olmasına baxmayaraq, təhsil müddətində şagirdlərimizə yüksək səviyyəli ingilis dili öyrədilir və beynəlxalq aləmdə qəbul edilən sertifikatların alınması üçün hazırlıq işləri aparılır.
        
Bununla yanaşı məktəbin son siniflərində şagirdlərimizin arzu və istəkləri nəzərə alınaraq gələcəkdə təhsil almaq istədiyi ixtisasa uyğun istiqamətlər müəyyənləşir və bu istiqamətlər üzrə universitetlərə qəbul üçün hazırlıq işləri aparılır.

Şagirdlərimiz həftənin 5 günü səhər saat 09:00-dan axşam saat 18:00-dək məktəbdə olurlar və dərsdən sonra əlavə ödəniş etmədən ev tapşırıqlarının yerinə yetirilməsi müəllimlərimiz tərəfindən təmin olunur.

Məktəbdə olduğu müddətdə şagirdlərimiz gün ərzində 3 dəfə yeməklə təmin olunurlar.

Respublika və beynəlxalq səviyyəli olimpiadalara hazırlıq peşəkar müəllimlərimiz tərəfindən aparılır.

Siniflərdə şagirdlərin sayı 15-18 nəfərdən çox olmayaraq fəaliyyət göstərir.

Liseyimizdə il boyu sınaq imtahanları keçiriləcəkdir. Bu isə həm lisey şagirdlərinin həm də, digər məktəblilərin özlərini sınaması və qiymətləndirilməsi üçün kömək olacaqdır.


Əziz Valideynlər!

Əgər övladlarınızın gələcəkdə respublikamızın və dünyanın ən nüfüzlu ali təhsil müəssisələrində təhsil almasını istəyirsinizsə, onda Siz bu haqda artıq bü gün düşünməlisiniz.
        
“Bakıda Müasir İnnovasiyalar Liseyi” Ümumtəhsil Məktəbi sizə bu şansı verə biləcək yeganə orta məktəbdir. Yalnız bizim liseydə övladlarınız dünya standartlarına cavab verən beynəlxalq və azərbaycan milli təhsil proqramları əsasında təhsil ala bilərlər.
        
 Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında, dünyada tanınmış və nüfuz qazanmış Bakıda Britaniya Məktəbinin (“British School in Baku”, Böyük Britaniya) metodiki və konsultativ dəstəyi ilə fəaliyyət göstərir.

Məktəbi bitirən şagirdlər Azərbaycan milli attestatını alırlar, eyni zamanda X və XI sinif şagirdlərinin ingilis dili dərsləri beynəlxalq səviyyəli TOEFL, İELTS, və SAT imtahanlarına  hazırlıq proqramları əsasında tədris olunur.

Bununla yanaşı məzunlarımızın Türkiyə Universitetlərinə 100 % imtahansız qəbul olmaları üçün YÖS və TÖMƏR proqramları üzrə hazırlıqlar aparılır.

Bu proqramların həyata keçirilməsi üçün Bakıda Britaniya məktəbinin (“British School in Baku”) dəstəyindən birbaşa istifadə olunur.


Hörmətli Valideynlər!
 
Hamı üçün məlumdur ki, ən zəruri investisiya təhsilə qoyulan investisiyasıdır. Ən güclü var-dövlət övladın təhsilinə qoyulan var-dövlətdir. Övladlarınızın təhsilini və gələcəyini əminliklə bizə həvalə edə bilərsiniz.