Müasir İnnovasiyalar Liseyində “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” (ADPYM) İctimai Birliyi “Autizm nədir?” mövzusunda seminar keçirdi. Seminarda Müasir İnnovasiyalar Liseyinin müəllim kollektivi, fəal gənclər, QHT üzvləri iştirak etdilər

    Tədbiri giriş sözü ilə Müasir İnnovasiyalar Liseyin direktoru Serhat Kalmaz açıb, tədbir iştirakçılarını salamlayıb, mövzunun aktuallığından bəhs etdi.
İctimai Birliyin sədri, layihə koordinatoru Çiçək Məmmədli çıxışında layihə barəsində geniş məlumat verdikdən sonra Ç. Məmmədli autizm sindromlu uşaqlarda yaradıcılıq qabiliyyətinin aşkarlanması üçün istifadə edilən reabilitasiya üsullarından, ölkəmizdə bu sahədə görülən işlərdən, fəaliyyət göstərən təcrübəli mütəxəssislərin uğurlu nəticələrindən danışdı.
 
   Müasir İnnovasiyalar Liseyinin direktor müavini Sevinc Əliyeva “Autik uşaqlarla davranış qaydaları” mövzusunda çıxışında, bu uşaqların spesifik xüsusiyyətlərindən danışıb: “Autist uşaqlar digər uşaqlarla ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə parodoksaldır. Ən çox rast gəlinən təzahürü qarşısındakının gözünə baxmaqdan yayınmaq, ünsiyyətə qoşulmaqdan çəkinməkdir. Əslində onlarda ünsiyyətə girmək tələbatı var. Buna görə belə uşaqları ünsiyyətə daxil olmağa məcbur etmək, israrlı olmaq lazımdır”.
 
“Autizm nədir?” mövzusundakı təqdimatını tədbir iştirakçılarına təqdim edən “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”nin pedaqoq-psixoloqu Qumru Səlimova autizm sindromunda psixoloji və pedaqoji işin vacibliyini vurğulayıb.