Şagirdlərimizin qidalanması

Liseyimizdə şagirdlər gündə 3 dəfə yeməklə təmin edilir. Buda əlavə ödəniş etmədən təhsil haqqına daxildir. Yeməklər yüksək səviyyəli peşakar aşbazlar tərəfindən hazırlanır. Menyumuz valideynlər tərəfindən sorğu və rəy nəticəsində, həkimlər tərəfindən yoxlanıldıqdan sonra təsdiq edilir. Menyunun tərkibindəki bütün xörəklər və içkilər hər gün yeməkdən 30- 40 dəq öncə hazırlanır. Xörəklər gündəlik həkim nəzarəti ilə yoxlanılır. Yeməkxanamız müasir avadanlıqlarla təhciz edilmişdir. Şagirdlərin zövqünü oxşamaq üçün rəngarənglik nəzərə alınmışdır. Övladlarınızın sağlam böyüməsi üçün yeməkxanamız və yeməklərimiz gigiyenik tələblərə cavab verir.