Tədris sistemi

Azərbaycan Respublikasının təhsil standartlarına əsasən yerli və beynəlxalq standartlara cavab verən xüsusi tədris proqramlarımız mövcuddur.


Məktəbəqədər hazırlıq: bağça (3 yaşdan 6 yaşa qədər)
Məktəbəqədər hazırlıq Təhsil Nazirliyinin qəbul etdiyi dövlət standartları və beynəlxalq təcrübəyə uyğun aparılır. Bununla yanaşı Monte Sorri proqramı tətbiq edilir, yəni standartlara uyğun beynəlxalq proqram və vasitələrdən istifadə edilir.
 





İbtidai təhsil pilləsi: (I-IV siniflər)
İbtidai təhsil pilləsində dərslər Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq dövlət standartları əsasında ümümi təlim nəticələrini əldə etmək istiqamətində aparılır. Bununla yanaşı riyaziyyat, həyat bilgisi, ingilis və rus dili dərslərində xarici proqramlardan istifadə edilir.
 




Orta təhsil pilləsi : (V-IX siniflər)
Bu təhsil səviyyəsi üzrə tədris dövlət standartlarına uyğun bacarıqların formalaşması istiqamətində aparılır. Liseydə bu təhsil səviyyəsi üzrə siniflərdə əlavə xüsusi proqram əsasında məntiq, etika, estetika, psixologiya tədris olunur. İngilis və rus dili qiymətləndirmənin ən yüksək IV səviyyəsinə yüksəldilir.  Buda digər təhsil səviyyəsində tədris ediləcək proqramın keyfiyyətinin artırılmasına dəlalət edir.
 
 


Tam orta təhsil pilləsi : (X-XI-cı siniflər) 
X-XI-cı siniflərdə tədris tamamilə fərqlənir. Burada artıq seçilmiş ixtisaslar istiqamətində xüsusi proqramlar tədris edilir.
Respublikamızın  ali məktəblərinə daxil olmaq istəyənlər üçün istiqamətlərə uyğun hazırlıq aparılır və xaricə ölkələrdə təhsil almaq arzusu olanlar üçün isə o ölkələrin qəbul qaydalarına uyğun proqramlar səviyyəsində hazırlıq aparılır. Buda həmin şagirdlərin yüksək balla ölkə universitetlərinə repetitorsuz qəbul olunmasına 100% zəmin  yaradır. 
X-XI-cı siniflərdə TOEFL, İELTS və SAT proqramları tədrisi isə yüksək səviyyədə aparıldığından həmin şagirdlər xarici ölkələrin universitetlərinə qəbul olunma şansını qazanır.
Eyni zamanda Türkiyə Universitetlərinə 100% imtahansız qəbul üçün YÖS və TÖMƏR proqramları tətbiq edilir.
 
Qəbul imtahanlarına hazırlıq:
Ayrı-ayrı repetitorların yanına getmədən məktəbin binası daxilində peşəkar müəllimlərin koməkliyi ilə şagirdlərin hazırlanması təmin olunur.

Bütün arzu edənlər üçün TQDK-nın proqramı əsasında qəbul imtahanlarına hazırlıq mərkəzimiz fəaliyyət göstərir.